Son zamanlar bütün dünyanı cənginə almış Covid-19 adı verilən Koronavirus pandemiyasına qarşı ölkəmizdə Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında preventiv, profilaktik, ardıcıl və sistemli addımlar atılmışdır. Bu addımlar nəticəsində ölkəmizdə son 3 həftədə müsbət dinamika özünü göstərmişdir. Cənab Prezidentimizin koronavirusla mübarizə sahəsində görülən tədbirlərdən bir neçəsini qeyd etmək istəyirəm. İlk olaraq bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər 10 mindən artıq Azərbaycan vətəndaşı Vətənə qaytarılmışdır. Ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olundu. Aztəminatlı ailələrə yardım verildi. Prezident İlham Əliyevin 19 mart tarixində imzaladığı ''Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında '' Fərmanı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. "Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir'' deyən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsi nümunə göstərərək fonda 1 illik əmək haqlarını ianə ediblər. Cənab Prezidentimizin bu və ya digər düzgün tədbirləri nəticəsində koronavirusa qarşı mübarizədə ölkəmiz son günlər artıq müsbət nəticələr əldə edir. Bunu Prezidentimiz İlham Əliyevin 2020-ci il 6 avqust tarixində keçirdiyi müşavirədə də xüsusilə vurğulamışdır. İlham Əliyevin müşavirədəki çıxışındakı nitqi: ''İyulun 16-dan bu günə qədər bu müsbət dinamika onu deməyə əsas verir ki, görülmüş tədbirlər vaxtında görülmüş tədbirlərdir. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onlardan 41-i son 17 il ərzində tikilib və əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü 1 gün ərzində iyulun 29-da fəaliyyətə başlayıb. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlərlə üz-üzə qala bilərdik.''Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, atadan gələn liderlik istedadı olan Cənab Prezident İlham Əliyev Azərbaycan xalqını qorumaq üçün əlindən gələni edir və xalq da İlham Əliyevin bu əziyyətini qiymətləndirir, onu sevir və dəstəkləyir.Səlim Məmmədov,Il qrup Qarabağ müharibəsi əlili